Ermənistanda "artsax"ın birləşdirilməsi tələbi ilə keçirilən mitinqə cəmi 50 nəfər qatıldı... - “Kavkazskiy uzel”

2-12-2023, 16:27           
Ermənistanda "artsax"ın birləşdirilməsi tələbi ilə keçirilən mitinqə cəmi 50 nəfər qatıldı... - “Kavkazskiy uzel”
Dünən - dekabrın 1-də İrəvanda parlament binası qarşısında 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in və keçmiş Dağlıq Qarabağın birləşdirilməsi haqqında üzdəniraq qətnamənin qəbulunun ildönümü münasibətilə aksiya keçirilib.

Moderator.az-ın “Kavkazskiy uzel”ə istinadla verdiyi xəbərdə deyilir ki, “Birgə” ictimai-siyasi hərəkatının təşəbbüsü ilə keçirilən mitinqə toplananlar Ermənistanın və keçmiş Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarın icrasını tələb ediblər.

Təxminən bir saat davam edən aksiyada cəmi 50 nəfərə yaxın erməni iştirak edib. İştirakçıların əllərində qondarma "artsax"ın əski parçasını, "böyük ermənistan"ın xəritəsi və üzərində “Ermənistan və artsax yenidən birləşəcək”, “1 dekabr - Ermənistan və artsaxın birləşdirilməsi günüdür” sözləri yazılmış plakatlar tutublar.

P.S. Bəhs edilən aksiyada cəmi 50 erməninin iştirak etməsi də sübut edir ki, əgər Ermənistandakı kiçik bir qrup revanşist qüvvələr xarici güclər, xüsusən Rusiya və ya Qərb, Fransa tərəfindən qızışdırılmasa, Ermənistan sakitcə Azərbaycan və Türkiyənin dedikləri ilə razılaşıb sakitcə yaşayar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.