MOSSAD danışıqlardan geri çağırıldı

3-12-2023, 10:09           
MOSSAD danışıqlardan geri çağırıldı
İsrail Dohadakı MOSSAD kəşfiyyat xidmətinin danışıqlar qrupunu geri çağırıb.

Buna səbəb danışıqların dalana dirənməsi göstərilib.

Hurriyyet.Az “Əl-Cəzirə”-yə istinadən yazır ki, artıq qrup geri qayıdır.

“Danışıqlar dayandırıldıqdan sonra və Baş nazir Benyamin Netanyahunun göstərişi ilə MOSSAD-ın rəhbəri David Barnea Dohadakı komandasına İsrailə qayıtmağı əmr etdi”, – deyə Netanyahunun ofisinin açıqlamasında deyilir.

Həmçinin qeyd edilir ki, HƏMAS-a göndərilən və onun təsdiq etdiyi siyahıya uyğun olaraq bütün uşaq və qadınların azad edilməsini nəzərdə tutan razılaşmanın öz üzərinə düşən hissəsini yerinə yetirə bilməyib.

“MOSSAD rəhbəri Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinə, Misirin kəşfiyyat nazirinə və Qətərin Baş nazirinə 24 uşaqdan əlavə, 84 uşaq və qadının Qəzza zolağından azad edilməsinə səbəb olan böyük vasitəçilik səylərinə görə təşəkkür edir. Onlar xarici ölkə vətəndaşlarıdır”, -deyə məlumatda deyilir. \\Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru