Co Bayden: Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik

7-12-2023, 13:24           
Co Bayden: Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik
Prezident Co Bayden dekarın 6-da Konqresin Respublikaçılarını Ukraynaya yeni hərbi yardıma çağırıb və xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna üzərində qələbəsi Moskvaya NATO müttəfiqlərinə hücum etmək imkanı verəcək.

Administrasiya rəsmisi bildirib ki, Vaşinqton dekabrın 6-da Kyivə 175 milyon dollarlıq əlavə hərbi yardım elan etməyi planlaşdırır.

"Putin Ukraynanı ələ keçirsə, bununla da dayanmayacaq" deyən Bayden, Putinin NATO müttəfiqinə hücum edə biləcəyini və daha sonra "Amerika qoşunlarının Rusiya qoşunları ilə döyüşə girəcəyini" vurğulayıb.

Bayden "Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik" deyib.

Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak çərşənbə axşamı deyib ki, Amerikanın Kyivə yardımının gecikdirilməsi Ukraynanın Rusiya ilə müharibədə uduzması təhlükəsi deməkdir.

Xatırladaq ki, bazar ertəsi Ağ Evin nümayəndələri ABŞ-ın Ukraynaya yardım üçün vəsaitinin tükəndiyini bildirmişdi.

Oktyabr ayında Bayden administrasiyası Konqresdən Ukrayna, İsrail və ABŞ sərhədlərinin təhlükəsizliyi ilə bağlı iddialı planları maliyyələşdirmək üçün təxminən 106 milyard dollar istəyib, lakin Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar az səs çoxluğu ilə yardım paketini rədd edib.

Meksika ilə sərhədin təhlükəsizliyi Ukrayna və İsrailin maliyyələşdirilməsi danışıqlarına təsir edən əsas məsələlərdən biridir.

Amerika rəsmiləri Kyivə əhəmiyyətli yardım paketinin təsdiq ediləcəyinə ümid edirlər.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.