Seçkilər yaxınlaşır və getdikcə, Bayden bu günə kimi gizlətdiyi "kozırları" masaya qoymağa başlayır

9-12-2023, 09:18           
Seçkilər yaxınlaşır və getdikcə, Bayden bu günə kimi gizlətdiyi "kozırları" masaya qoymağa başlayır
Rusiya-Ukrayna müharibəsində "game changer"(prosesə köklü təsir göstərən) hadisəsi.
Son zamanlar diqqətimiz ABŞ Konqresindədir və demokratların Ukraynaya ayırmaq istədiyi, respublikaçıların isə istəmədiyi hərbi dəstəkdədir. Amma biz çox vacib bir məqamı diqqətimizdən qaçırtdıq, o cümlədən Ukrayna və ABŞ mətbuatı bu mühüm məsələni lazımlı dərəcədə işıqlandırmadı.
Ağ Evin 6 dekabrda verdiyi bəyanata diqqət yetirək. Tərcümə:
Ağ Ev ABŞ və Ukraynanın Müdafiə Sənayes müəssisələri arasında əməkdaşlığın və birgə istehsalın gücləndirilməsi üçün yeni tədbirləri elan etdi.
Bu gün Ukrayna Silahlı Qüvvələri Günündə ABŞ hökuməti Vaşinqtonda Ticarət Departamentində ABŞ-Ukrayna Müdafiə Sənayesi Meəssisələrin Konfransının ilk gününə ev sahibliyi etdi. Konfransda 350-yə yaxın ABŞ, Ukrayna, Avropa sənayesi və hökumət nümayəndələri toplaşdı, Rusiyanın təcavüzünə qarşı Ukraynanın azadlıq mübarizəsini dəstəkləmək və Ukraynanın uzunmüddətli özünümüdafiəsini gücləndirmək üçün silah istehsalını əhəmiyyətli dərəcədə artırmağa qərar verdik.
ABŞ siyasətində Konqres həqiqətən çox böyük rola malikdir, amma Prezidentin də olduqca böyük səlahiyyətləri var və bu səlahiyyətlərin həyata keçirilməsinə Konqresin icazəsi lazım deyil.
ABŞ-da "The Defence Production Act of 1950" adlı akt var, bu akta müvafiq olaraq ölkə başçısı milli təhlükəsizlik məsələlərində ABŞ sənayesinə təsir etmək səlahiyyətlərinə malikdir.
Başqa sözlərlə, ABŞ hərbi sənaye nəhəngləri Ukrayna ərazisində ağır silahların istehsalına başlayacaqlar. Bu həqiqətən tarixi qərardır.
Seçkilər yaxınlaşır və getdikcə, Bayden bu günə kimi gizlətdiyi "kozırları" masaya qoymağa başlayır.
Cavid Dəmirli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.