“Atamın bu ağrıya dözməyəcəyi üçün məni öldürməyə çalışırlar” - Baydenin oğlu

9-12-2023, 18:14           
“Atamın bu ağrıya dözməyəcəyi üçün məni öldürməyə çalışırlar” - Baydenin oğlu
"Atamın bu ağrıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmaq istəyirlər".

Bu fikirləri ABŞ Prezidenti Co Baydenin vergidən yayınmaqla ittiham olunan oğlu Hunter Bayden bildirib.

"Mən bunun bitəcəyinə ümid etməyi dayandırdım, çünki atam Birləşmiş Ştatların prezidenti olduğu müddətdə onlar dayanmayacaqlar", - deyə Hunter Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınmaq ilə bağlı 9 bənddən ibarət ittiham irəli sürülüb.

Belə ki, H.Bayden 2016-2019-cu illər ərzində 1,4 milyon dollar həcmində federal vergiləri ödəməməkdə ittiham edilir. O, həmçinin etibarsız vergi bəyannaməsi təqdim etməkdə təqsirləndirilir. “Fox News” telekanalının məlumatına görə isə, Baydenin oğlunu 17 ilə qədər həbs cəzası gözləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru