Parisdə sürgündə olan ailə həbsdə olan Nobel mükafatı laureatının qürurlu "Səsi"nə çevrilir

10-12-2023, 00:02           
Parisdə sürgündə olan ailə həbsdə olan Nobel mükafatı laureatının qürurlu "Səsi"nə çevrilir
Builki Nobel Sülh Mükafatı laureatının dəvətnaməsindəki ünvan hər şeyi deyir: "Xanım Nariz Məhəmmədi. Tehran vilayəti, Evin həbsxanası. İran".

Oktyabr ayında, İslam Respublikası tərəfindən davamlı təqiblərə baxmayaraq, İranda insan haqlarının müdafiəsində iyirmi illik fəaliyyətinə görə bu mükafata layiq görülən 51 yaşlı Məhəmmədi İranda həbsxanadadır və onun, nəinki bazar günü Osloda keçiriləcək tədbirdə iştirak edəcəyinə, hətta nə vaxtsa azadlığa buraxılacağına ümid yoxdur.

Onun əvəzinə mükafat mərasimində əkiz övladları, 17 yaşlı Əli və Kyana iştirak edəcək. Onlar doqquz ilə yaxındır görmədikləri, 20 aydır telefonla danışmadıqları, lakin qürur duyduqları analarının mesajını paylaşdıqları nitqlə çıxış edəcək.

Onlar indi ataları, Məhəmmədinin həyat yoldaşı Tağı Rəhmani ilə birlikdə Parisdə yaşayır. Minlərlə kilometr aralıda, həbsxanada olmasına baxmayaraq, hüquq müdafiəçisinin ruhu ilə qazandığı mükafatlar mənzilindəki kitab rəflərindədir.

Əli "Həyəcanlı deyilik. Anamızın səsi ola bildiyimiz üçün qürur duyuruq və irəli getmək üçün əlimizdən gələni edirik. Bu mükafat bizim sona qədər getmək əzmimizi gücləndirəcək" deyib.

O, mükafatın təkcə onun anası üçün deyil, 2022-ci ilin sentyabrında başlayan etiraz hərəkatında İranın ruhani hakimiyyətinə qarşı qalxan bütün iranlı qadın və kişilər üçün olduğunu vurğulayıb.

Nərgiz Məhəmmədi
Onun əkiz bacısı Kyana mərasim üçün aldığı paltarı qürurla göstərsə də, "pijamamda getsəm də, önəmli olan mesajdır, danışmaqdır" deyə, təkid edib.

Məhəmmədi nitqini həbsxanadan yazıb və ailəsi tərəfindən razılıqla qarşılanıb.

Osloya səyahətin bütün həyəcanlarına baxmayaraq, ailə bilir ki, İran hakimiyyəti tərəfindən rədd edilən mükafat Məhəmmədinin Tehrandakı Evin həbsxanasından çıxış yolu tapmasına çox az yardım edə bilər.

Nərgiz Məhəmmədinin ən son həbsxana həyatı 2021-ci ilin noyabrında başlayıb və tərəfdarları bunun onun fəallığı ilə əlaqəli olduğunu deyir.

Həbs illəri ailəyə çox pis təsir edir. Əli deyir ki, onun anası ilə son söhbəti son həbsindən bir qədər əvvəl olub.

"O, "Həbsxanaya qayıdıram, bacına və atana yaxşı bax, möhkəm ol. Mənim üçün möhkəm ol" dedi. Mən də ona eyni şeyi "Biz səninlə fəxr edirik, bizim üçün narahat olma. Biz səni 100% dəstəkləyirik" dedim.

O, "məqsədimizə çatanda, azadlıq və demokratiyaya çatanda", anasının azad ediləcəyinə inandığını deyir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.