İsrail: Qəzza altında yeni tapılan tunnellər genişmiqyaslı hücumları əsaslandırır

10-12-2023, 09:04           
İsrail: Qəzza altında yeni tapılan tunnellər genişmiqyaslı hücumları əsaslandırır
İsrail cümə günü bildirib ki, Qəzzanın altında yeni tunel, silahlar və HƏMAS obyektləri aşkar edib. O bildirir ki, bu, ABŞ-ın terror qrupu olaraq tanıdığı HƏMAS-ın müki infrastruktur altından keçən geniş şəbəkə vasitəsilə hərbi əməliyyatlar həyata keçirdiyinə dair sübutdur.

Ordu Qəzzada Əl-Əzhar Universitetinin kampusundan yaxınlıqdakı bir məktəbə qədər uzanan bir kilometrlik tunelə dair şəkil və ya video sübut təqdim etməyib, amma əsgərlərin iddia olunan görə, universitetdə tapdıqları silahların, o cmülədən partlayıcılar və raket ehtiyatlarının şəkillərini yayıb.

Ordu həmçinin Qəzzanın şimalında xəstəxana yaxınlığında kameralar, telefonlar, rasiyalar və silahlarla dolu HƏMAS-ın nəzarət otağını, habelə tunelə əlavə girişlər aşkar etdiyini bildirib.

İsrail bildirib ki, bu cür tapıntılar HƏMAS-ın mülki ərazilərdə istehkamlandığını göstərir – bu da onun ankalava hücumlarını intensivləşdirməsini və orada mülki ərazilərin kütləvi evakuasiyasına çağırış etməsini əsaslandırmasının arxasındakı əsas iddiadır.

BMT-nin baş katibi Antonio Quterreş cümə günü, BMT Təhlüəsizlik şurasının Qəzzada humanitar atəşkəsə tələb üzərində planlaşdırılan səsverməsən bir neçə saat öncə, Qəzzada təhükəsiz heç bir yerin olmadığını deyib.

“Qəzzə xalqı uçuruma baxır. “Beynəlxalq ictimaiyyət onların sınaqlarına son qoymaq üçün mümkün olan hər şeyi etməlidir,” Quterreş 15 ölkədən ibarət Şurada deyib.

Quterreş çərşənbə günü nadir bir addım ataraq, BMT Xartiyasının 99-cu maddəsindən istifadə edərək, üzvlərə məktub göndərib və onların diqqətini böhrana çəkib və həkərətə keçmələri üçün təzyiq göstərib.

“Mən şuranı təcili humniatar atəşkəsə çağırış etmək, mülki vətəndaşların müdafiəsi və həyatlar xilas edəcək yardımın təcili çatdırılması üçün bütün səylərdən istifadə etməyə,” o deyib.

Qəzza zolağının cənubunda İsraillə HƏMAS arasında müharibə üçüncü aya girdiyi bir vaxt, İsrail qüvvələri cümə günü işğal altındakı İordan çayının qərb sahilinin Tubas qəsəbəsi yaxınlığındakı qaçqın düşərgəsində 6 fələstinlini güllələyərək öldürüb.

İsrail ordusu həmçinin cümə günü oktyabrın 13-də Livanın cənubunda Reuters jurnalistinin ölümü ilə bağlı araşdırmaya münasibət bildirib.

Reuters agentliyinin xəbər verdiyinə görə, ordu jurnalist İssam Abdullanın adını çəkmədən verdiyi açıqlamada hadisə zamanı Livanın Hizbullah qüvvələrinin sərhəddə hücuma keçdiyini və İsrail qüvvələrinin Hizbullahın İsrailə girməsinin qarşısını almaq üçün atəş açdığını bildirib.

Reuters-in məlumatına görə, İsrail Müdafiə Qüvvələri açıqlamasında aktiv döyüş bölgəsi olan “ərazidə jurnalistlərin öldürüldüyü iddiasından" xəbərdar olduğunu və insidentin nəzarət altında olduğunu bildirib.

İsrail cümə axşamı Qəzza zolağının ən böyük şəhərlərində HƏMAS militantlarına hücum edib, nəticədə 350 nəfər ölüb, minlərlə fələstinli mülki vətəndaş xilas olmaq üçün sığınacaq axtarıb.

İsrail vərəqələrlə fələstinliləri Misirlə cənub sərhəddəki Rəfahda təhlükəsiz olacaqlarını bildirdikdən sonra çox sayda qəzzalı oraya qaçıb. Lakin HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi İsrailin keçən gecə həyata keçirdiyi hava hücumları zamanı azı 37 nəfərin öldüyünü bildirib.

İsrail ordusu cümə axşamı militantları Rəfahdakı humanitar zona yaxınlığındakı ərazilərdən raket atmaqda ittiham edib.

BMT rəsmiləri Qəzzada təhlükəsiz yerlərin olmadığını, ərazinin 2 milyondan çox olan əhalisinin 85% -dən çoxunun artıq evlərini və ya sığınacaqlarını tərk etdiklərini bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş nadir istifadə olunan səlahiyyətindən istifadə edərək BMT Təhlükəsizlik Şurasına Aralıq dənizi sahilindəki dar anklavda gözlənilən "humanitar fəlakət" barədə xəbərdarlıq edib və üzvləri atəşkəs tələb etməyə çağırıb.

İsrailin əsas dəstəkçisi olan Birləşmiş Ştatlar, Qəzza şəhəri və şimalın böyük hissəsində çox sayda fələstinlinin öldürüldüyünü bildirərək, yəhudi dövlətini dəfələrlə mülki əhali arasında ölümləri məhdudlaşdırmağa çağırıb. Lakin ABŞ ümumi atəşkəsın HƏMAS-ın xeyrinə olacağını və, çox güman ki, BMT-nin döyüşləri dayandırmaq üçün göstərdiyi bütün səylərə mane olacağını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.