Ukrayna Rusiyanın işğal olunmuş ərazilərdə planlaşdırdığı prezident seçkilərini pisləyir

10-12-2023, 08:54           
Ukrayna Rusiyanın işğal olunmuş ərazilərdə planlaşdırdığı prezident seçkilərini pisləyir
Ukrayna şənbə Rusiyanın yazda işğal altında olan Ukrayna ərazisində prezident seçkiləri keçirmək planlarını kəskin şəkildə pisləyib.

Ukrayna Xarici İşlər Nazirliyi planlaşdırılan seçkiləri “qanuni qüvvəsi olmayan və etibarsız” adlandırıb və onları müşahidə etməyə göndərilən hər hansı beynəlxalq müşahidəçinin “cinayət məsuliyyəti ilə üzləşəcəyinə” söz verib.

Rusiyada qanunvericilə cümə axşamı 2024-cü il ümummili prezident seçkilərini martın 17-nə təyin edib.

Rusiya Prezidenti Vladimir Putin cüçə günü Rusiya üzərində repressiv və möhkəm nəzarətini ən azı altı il daha uzatmaq məqsədilə hərəkətə keçərək, seçkidə namizədliyini elan edib. Onun, demək olar, şübhəsiz ki, qalib gələcəyi gözlənilir.

Rusiya rəsmiləri Donetsk, Luhansk, Zaporijjya və Xersonda səsvermə keçirməyi planlaşdırır ki, bu, Moskvanın ötən ilin sentyabr ayında Ukraynadan qanunsuz olaraq ilhaq etdiyi, ancaq tam şəkildə nəzarət etmədiyi ərazilərdir. Bundan əlavə Rusiyanın 2104-cü ildə qanunsuz olaraq ilhaq etdiyi Krım yarımadasında da seçkilər planlaşdırılır.

Prezident seçkisi ilə bağlı açıqlama sentyabr ayında Ukraynanın işğal altında olan hissələrində Rusiyanın təyin etdiyi qanunverici orqanları üçün keçirilən seçkilərdən sonraya təsadüf edir. Səsvermə Kyiv və Qərb tərəfindən “saxta” adlandırılaraq pislənib.

“Biz beynəlxalq ictimaiyyəti Rusiyanın işğal altında olan Ukrayna ərazilərində prezident seçkisi keçirmək niyyətini qətiyyətli şəkildə qınamağa və onların təşkili və keçirilməsində iştirak edənlərə sanksiyalar tətbiq etməyə çağırırıq,” Ukrayna Xarici İşlər Nazirliyi bildirib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.