Apellyasiya məhkəməsi Trampa tətbiq olunan məhkəmə işi ilə bağlı səssiz qalmaq qərarını qüvvədə saxlayıb

10-12-2023, 08:34           
Apellyasiya məhkəməsi Trampa tətbiq olunan məhkəmə işi ilə bağlı səssiz qalmaq qərarını qüvvədə saxlayıb
Vaşinqtonda federal apellyasiya məhkəməsi cümə günü Donald Trampa 2020-ci il seçkisinə müdaxilə işi ilə bağlı ictimai şərhlər verməklə bağlı tətbiq olunan qadağası qüvvədə saxlayıb, amma məhdudiyyətləri azaldaraq, keçmiş prezidentin çıxışlarında işi qaldıran xüsusi prokuroru tənqid etməsinə icazə verib.

Üç hakimdən ibarət panelin qərarı məhkəmə işi ilə bağlı səssizliyi qorumaq qərarını dəyişdirərək, 2024-cu il seçkilərində prezidentliyə aparıcı Respublikaçı namizədə xüsusi prokuror Cek Smitlə bağlı şərhlər verməyə icazə verir, amma onun iş üzrə məlum və ya gözlənilən şahidlər, məhkəmə işçiləri və digər vəkillər haqqında nə deyə biləcəyinə məhdudiyyətlər qoyur.

Yekdilli qərar böyük bir ölçüdə Smitin komandası üçün qələbədir, çünki hakimlər prokurorlarla Trampın məhkəmə işinin iştirakçıları haqqında tez-tez təhrikedici şərhlərinin zərərli praktiki təsir göstərə biləcəyi üzərində razılaşıblar və müdafiə vəkillərinin eks-prezidentin çıxışına qoyulan məhdudiyyətlərin konstitusiyaya zidd susdurma cəhdi olduğu ilə bağlı iddialarını rədd ediblər. Bu qərar Trampın həm mart ayında məhkəməyə hazırlaşdığı, həm də Ağ Ev uğrunda kampaniya yürütdüyü bir vaxtda Trampın nə söyləyə bilib-bilməyəcinyə dair parametrləri müəyyən edir.

“Cənab Trampın sənədləşdirilmiş nitq nümunələri və bunun real vaxtda, real dünyada nümayiş etdirilən nəticələri bu işdə cinayət mühakiməsi prosesinin fəaliyyətinə əhəmiyyətli və qaçılmaz təhlükə yaradır,” hakim Patrişia Millet məhkəməyə yazıb. Trampın şifahi hücumlarının hədəfləri "tərəfdarlarının təhdid və hədələrinə məruz qalıb.”

Bu işdə Tramp 2021-ci il yanvarın 6-da Kapitolidə tərəfdarları tərəfindən baş verən iğtişaşlar ərəfəsində hakimiyyətdə qalmaq cəhdi çərçivəsində seçicilərin iradəsini dəyişmək üçün Respubliakçı müttəfiqləri ilə birlikdə sui-qəsd hazırlamaqda günahlandırılır. Onun mart ayında Vaşinqtonda Kapitolidən bir qədər aralıda yerləşən federal məhkəmədə mühakimə olunacağı gözlənilir.

Ancaq cümə günü verilən qərarda deyilir ki, baxmayraq ki, Trampın söz azadlığına konstitusion hüququ var və o, keçmiş prezident və hazırkı namizəddəir, “o həmçinin ittiham olunan cinayət müttəhimidir və o, bütün digər müttəhimləri idarə edən eyni prosedurlar altında məhkəmə zalında mühakimə olunmalıdır.”

Apellyasiya məhkəməsi həmçinin bildirib ki, məhkəmə heyəti, digər vəkillər və ya onların ailə üzvləri ilə bağlı şərhlər “onların işinə maddi müdaxilə etmək niyyəti ilə və ya belə müdaxilənin baş vermə ehtimalının yüksək olduğunu bilməklə edildiyi halda” qadağandır.

Tramp sosial mediada qərar cavab olaraq yazıb ki, onun komandası qərardan apellyasiya şikayəti verərək, o həmçinin yenidən çıxışına qoyulan məhdudiyyətlərdən şikayət edib.

“Başqa sözlə, insanlar mənə qarşı zorakı və amansız şəkildə danışa, və ya mənə istənilən formada hücum edə bilər, amma mənim bənzər şəkildə cavab verməyə icazəm yoxdur,” o deyib. “Bizim düzəlişimə nə olub, ölkəmizə nə olur?”

Xüsusi prokuror ayrı bir iş çərçivəsində Trampı Floridada 2020-ci ildə Demokrat Co Baydenə məğlubiyyətinin ardınca Ağ Evi tərk edəndən sonra məxfi sənədləri qeyri-qanuni bir şəkildə Mar-a-Laqodakı iqamətgahında saxlamaqda ittiham edib. Həmin işlə bağlı məhkəmə may ayına təyin olunub, amma hakim məhkəmənin təxirə salına biləcəyinə işarə edib.

Tramp səhv hərəkət etdiyini inkar edib və ona qarşı məhkəmə işlərinin onun Ağ Evə geri dönməsinin qarşısını almaq məqsədi daşıyan siyasi motivli cəhdin bir hissəsi olduğunu deyib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.