Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

10-12-2023, 09:47           
Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq.
Gürcüstan Parlamentinin sədri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər dekabrın 12-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru