Kim bu ideyanı daşımırsa, partiyadan getsin - Paşinyan

10-12-2023, 10:56           
Kim bu ideyanı daşımırsa, partiyadan getsin - Paşinyan
Bizim missiyamız Ermənistanın müstəqilliyini, suverenliyini, dövlətçiliyini, demokratiyasını möhkəmləndirmək və ya Ermənistanı suveren, müstəqil, demokratik və azad hüquqi dövlətə çevirməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclası zamanı bildirib.

Paşinyan bu ideyanı dəstəkləməyən şəxslərin 2024-cü ildə partiyanı tərk edəcəklərini açıqlayıb:

“Biz istəyirik ki, partiyada nə üçün toplaşdığımızı aydın dərk edən belə insanlar qalsın. Bu ideyanı tam başa düşməyənlərə dostcasına, səmimi şəkildə, partiyanın inzibati rıçaqlarından istifadə etmədən, sadəcə olaraq, ərizə yazıb partiyadan çıxmalarını xahiş etməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru