NATO Ukraynanın hərbi təchizatını öz əlinə alır

10-02-2024, 12:36           
NATO Ukraynanın hərbi təchizatını öz əlinə alır
NATO Ukraynaya silah tədarükünün koordinasiyasını öz üzərinə götürməyi planlaşdırır, baxmayaraq ki, alyans Kiyevə yardımı həmişə öz proqramı deyil, üzv ölkələrin suveren qərarları və ikitərəfli razılaşmalar məsələsi hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Almaniyanın “Handelsblatt” qəzeti diplomatik və siyasi dairələrdəki mənbələrə istinadən yayıb.

…NATO daxilində kursun əsaslı dəyişməsi başlayır: Qərb müdafiə alyansı Ukraynaya silah tədarükünün koordinasiyasını öz üzərinə götürmək planlarını hazırlayır.

Bumaterialda deyilir və qeyd olunur ki, blokun rəhbərliyi Vaşinqtonda mümkün siyasi dəyişikliklərdən qorunmaq üçün Ramşteyn formatını öz strukturlarına inteqrasiya etməyi məqsədəuyğun hesab edir.

Nəşrin yazdığına görə, NATO, ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirəcəyinə getdikcə şübhə edir.

Qəzet yazır ki, inteqrasiya planının hazırlanmasını ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Alyansın baş katibi Yens Stoltenberq həyata keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.