Hindistanda mədrəsə və məscidlərin sökülməsi qərarı qarşıdurmalara səbəb olub: Ölənlər var

11-02-2024, 10:53           
Hindistanda mədrəsə və məscidlərin sökülməsi qərarı qarşıdurmalara səbəb olub: Ölənlər var
Hindistanın Uttarakhand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi qərarından sonra baş verən şiddətli qarşıdurmalarda ölənlərin sayı 5 nəfərə çatıb.

İki gündür davam edən qarşıdurmalarda 150-dən çox yerli sakin yaralanıb, eyni zamanda, çoxlu sayda polis əməkdaşı xəsarət alıb. Artıq bölgədə komendant saatı tətbiq olunub.

Gərginlik məhkəmənin məscid və mədrəsənin yerli icra hakimiyyətinin icazəsi olmadan dövlət torpağında inşa edildiyini əsas gətirərək sökülməsi barədə çıxartdığı qərardan sonra yaranıb. Söküntü üçün gedən səlahiyyətlilər və polis qərara reaksiya verən minlərlə etirazçı ilə qarşılaşıb.
Polisin real güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi hadisələrdə etirazçılar polisə molotof kokteyli və daş atıb, bəzi avtomobilləri də yandırıblar.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru