Taker Karlsona Rusiya vətəndaşlığı verilə bilər – XİN-ə müraciət olundu

12-02-2024, 17:47           
Taker Karlsona Rusiya vətəndaşlığı verilə bilər –
Rusiyalılar jurnalist Taker Karlsona vətəndaşlıq təklif edib.

KONKRET.az xəbər verir ki, onların fikrincə, keçmiş “Fox News” müxbiri öz vətənində qiymətləndirilmir, həm də güclü təzyiq altındadır.
Rusiyada hesab edirlər ki, Amerika hakimiyyəti Karlsonun və onun komandasının fəaliyyətini məhdudlaşdırır: Təzyiq o qədər güclüdür ki, bu, həyat və sağlamlıq üçün təhlükə deməkdir.

Fəallar qeyd ediblər ki, jurnalist Rusiya pasportu əldə edərsə, yaradıcılıq dolğunluğu və fəaliyyətində sərbəstlik əldə edəcək. İctimai fəallar Karlsona Rusiya vətəndaşlığı verilməsi təklifi ilə ölkənin Xarici İşlər Nazirliyinə müraciət ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.