Lyudmila Navalnaya: “Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insancasına dəfn edə biləm”

21-02-2024, 00:08           
Lyudmila Navalnaya: “Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insancasına dəfn edə biləm”
Rusiya müxalifətinin lideri Aleksey Navalnının anası Lyudmila Navalnaya Vladimir Putinə müraciət edib.

Yayımladığı videomüraciətdə L.Navalnaya Putindən oğlunun cəsədini istəyib: “Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insancasına dəfn edə biləm”. Navalnının anası deyib ki, 5 gündür oğlunun cəsədini ona göstərmirlər, vermirlər və onun harada olduğunu da demirlər. Navalnaya məsələnin həllinin Putindən asılı olduğunu deyərək, dərhal cəsədin verilməsini tələb edib.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır və “qanunla nəzərdə tutulmuş bütün lazımi tədbirlər görülür”.

O, həmçinin əlavə edib ki, meyitin qohumlarına təhvil verilməsi məsələsi Kremlə aid deyil: “Biz bu işə qarışmırıq”.

Fevralın 19-da Aleksey Navalnının anasına İstintaq Komitəsi məlumat verib ki, onun ölüm şəraitinin araşdırılması müddəti uzadılıb, bunun nə qədər vaxt aparacağı məlum deyil. Bəzi müşahidəçilər cəsədin martın 15-17-də keçiriləcək seçkiyə kimi təhvil verilməyəcəyini bildirirlər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.