Makron geri çəkildi: “Fransa müharibəyə hazır deyil”

15-03-2024, 16:04           
Makron geri çəkildi:
“Fransanın müdafiə sənayesi yüksək intensivlikli münaqişəyə hazır deyil”.

Bu barədə ölkə prezidenti Emmanuel Makron “France 2” telekanalına açıqlamasında bildirib.

“Müdafiə sənayemiz proqnozlaşdırmadığımız yüksək intensivlikli ərazi münaqişəsinə uyğunlaşdırılmayıb”, - deyə o qeyd edib.

Dövlət başçısı həmçinin bəyan edib ki, Fransa Ukraynada münaqişənin gərginləşməsinə təşəbbüs göstərmək niyyətində deyil.

“Biz heç vaxt hücuma keçməyəcəyik, heç vaxt belə bir təşəbbüs göstərməyəcəyik”, - deyə Makron əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru