Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər

16-03-2024, 12:14           
Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakı Bəyannaməsinin mətnində Ermənistanla bağlı hissə əhəmiyyətlidir. 3 ölkənin xarici işlər naziri “Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq ediblər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildiriblər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər”.
Bu uzun cümlə ilə Ermənistana mesaj göndərilir ki,
1)İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını yubatmasın;
2) Bu saziş Ermənistanın regional layihələrə qoşulmasına şərait yaradacaq;
3) Ermənistan uzaq ölkələrdə vasitəçi axtarmaqansa Gürcüstan və Türkiyənin imkanlarından istifadə etsin;
4)Bunlar reallaşarsa Ermənistanın Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platformasında iştirakı da mümkündür.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru