Nazir: “Lənət şeytana, Putin, sən nə edirsən?”

18-03-2024, 00:13           
Nazir: “Lənət şeytana, Putin, sən nə edirsən?”
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Rusiyadan gələn raket təhlükəsi səbəbindən Odessaya səfərini təxirə salmağa məcbur olub.

“Cebhe.info” xəbər verir ki, bunu “The Sunday Times” yazıb.

Müdafiə Qərargahının rəisi admiral Toni Radakin və Britaniya rəsmilərindən ibarət kiçik bir komanda ilə səyahət edən Şapps Polşadan gecə qatarına minərək Zelenski ilə danışıqlar aparmaq üçün martın 7-də Kiyevə gedib.

Ancaq kəşfiyyat Kremlin məsələdən xəbərdar olduğunu bildirdikdən sonra Odessaya planlaşdırılan səfər ləğv edilib.

Keçən həftə Polşaya uçarkən ona Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi daşıyan zirehli konvoyun martın 6-da liman şəhərinə səfər edərkən Rusiyanın raket hücumundan az fərqlə qaçdığı barədə məlumat verilmişdi.

Bu xəbər Şapps üçün təhlükəsizlik təhdidini əhəmiyyətlidən kritik səviyyəyə qaldırıb.

Polşa vasitəsilə Britaniyaya qayıdan Şapps qəzetə deyib:

“Putin özünü ehtiyatsız, amansız və diqqətsiz apardi.

Onun iki Qərb liderini öldürməyə təhlükəli dərəcədə yaxınlaşmasının qəsdən və ya təsadüfi olmasının əhəmiyyəti yoxdur. Lənət şeytana, Putin nə edir və niyə Qərb ona belə şeylər etməyə icazə verir?”

Böyük Britaniyanın Müdafiə Nazirliyi də Şappsın səfərinin ləğvinə münasibət bildirib:

“Müdafiə naziri Ukraynaya son səfəri zamanı təhlükəsizlik baxımından Odessaya planlaşdırılan səfər etməyib.

Böyük Britaniya Ukraynaya güclü dəstək verməkdə davam edir və müdafiə nazirinin səfəri və öhdəliyi yalnız Putinin təcavüzü qarşısında bu dəstəyin vacibliyini vurğulayır”.

Bu, Şappın müdafiə naziri kimi Ukraynaya ikinci, 2022-ci ilin fevralında müharibə başlayandan bəri üçüncü səfəri idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.