"Biz Qərbi batırmaq üçün Rusiya və Çinlə əməkdaşlıq edirik" - Yəmən husiləri

18-03-2024, 13:24           
"Biz Qərbi batırmaq üçün Rusiya və Çinlə əməkdaşlıq edirik" - Yəmən husiləri
"Biz Amerika, Britaniya və Qərbin məğlubiyyətinə, habelə müstəmləkə layihəsinin və Qərbin regonda və dünyada iflasına hazırlaşırıq..."

Son aylar ərzində müntəzəm olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən Yəmənin üsyançı husiləri bəyan edib ki, Qərbi zəiflətmək üçün Rusiya və Çinlə birgə işləyir.

Moderator.az xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Əli əl-Qahımın "X" sosial şəbəkəsində dərc edilən bəyanatında deyilir. Məlumatı SİTA agentliyi yayıb.

Bəyanatda qeyd edilir:
"Yəmən, Rusiya, Çin və BRİKS ölkələri arasında münasibətlərin daimi nizama salınması və inkişafı baş verir, habelə müxtəlif sahələrdə biliklər və təcrübə mübadiləsi aparılır", - bəyanatda deyilir.

"Biz Amerika, Böyük Britaniya və Qərbi Qırmızı dəniz bataqlığında batırmaqda, onların boğulması, yox olması və birqütblülüyün zəifləməsində maraqlıyıq".

Məlumatda deyilir ki, Alyans "Amerika, Britaniya və Qərbin tarixi məğlubiyyətinə, habelə müstəmləkə layihəsinin və Qərbin regionda və dünyada iflasına" hazırlaşır.

Əl-Qahımın fikrincə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlanandan qlobal güc balansında çoxqütblülüyə tərəf meyi baş verib və Fələstin-İsrail münaqişəsinin növbəti dəfə kəskinləşməsindən sonra sürətlənib, bu da "müstəmləkə layihəsinin və Qərbin regionda və dünyada hegemonluğunun lflası ilə" nəticələrə bilər.

"Şərq və Qərb arasında beynəlxalq iqlimin və qüvvələr nisbətinin dəyişikliyi baş verir, bu da özünü xüsusilə Qərbin Rusiyaya qəsdi və nəticədə onu Ukrayna bataqlığına düçar etməsi və onun Çinlə, habelə Şərq və BRİKS ölkələri ilə ittifaqlarının zəiflətməsində özünü büruzə verir", - husilərin siyasi bürosunun üzvü hesab edir.

Husilər İranın proksi-qüvvələrindən biri hesab edilir, bu ölkə onlara ticarət gəmilərinə hücum etməyə birbaşa yardım edərək, kəşfiyyat məlumatları təqdim edir və müxtəlif məsələlər barədə məsləhətlər verir.

İran həmçinin Rusiyanın yaxın müttəfiqidir, ona Moskvanın Ukraynada istifadə etdiyi pilotsuz uçuş aparatları və digər silahlar tədarük edir.

Husilərin Qırmızı dənizdə hücumlarına cavab olaraq ABŞ və Böyük Britaniya Yəməndə qruplaşmanın infrastrukturuna bir sıra zərbələr endirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.