Putin Ukrayna tərəfindən döyüşən rusları “ətçəkən maşın”la hədələdi: “Hamısının adını öyrənəcəyik”

18-03-2024, 16:14           
Putin Ukrayna tərəfindən döyüşən rusları “ətçəkən maşın”la hədələdi:
Rusiya Prezidenti Vladimir Putin Ukrayna tərəfində döyüşən “Rusiya könüllüləri korpusu”nu İkinci Dünya müharibəsində nasist Almaniyası tərəfində döyüşən” “Vlasovçular”la müqayisə edib.

TEREF xəbər verir ki, bu barədə o, seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz onlara rahatlıq verməyəcəyik. Onlar bunu bilməlidirlər. Bizdə ölüm hökmü yoxdur, amma biz bu insanlara döyüş bölgəsində olanlar kimi baxacağıq. Onlar əllərində silahla vətənlərinə-Rusiyaya qarşı vuruşurlar. Əgər düşmən “ətçəkən maşını” xoşlayırsa, bu, bizim üçün də faydalıdır. Hüquq-mühafizə orqanlarına onların hamısının adlarını müəyyən etmək və müvafiq tədbirlər görmək üçün tapşırıqlar veriləcək”, deyə Rusiya Prezidenti vurğulayıb.
apa













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru