Britaniya Putinə xəbərdarlıq etdi: Bəhanə və sui-istifadə...

24-03-2024, 16:24           
Britaniya Putinə xəbərdarlıq etdi: Bəhanə və sui-istifadə...
Böyük Britaniya “Krokus Siti Holl”da baş vermiş terror aktı fonunda Rusiya Prezidenti Vladimir Putinə bundan Ukraynaya qarşı müharibəni gücləndirmək üçün bəhanə kimi istifadə etməməsi barədə xəbərdarlıq edib.

Bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

"Putinin bütün bunları Ukraynanın üzərinə yıxmaq istəməsi təəccüblü deyil, çünki o, Rusiya daxilində parçalanma olmadığını iddia edərək rus xalqını daha da aldatmağa çalışır. O, bu uydurma əlaqədən Ukraynada qanunsuz müharibəsini gücləndirmək üçün səbəb kimi istifadə etməməlidir”, - nəşrə Britaniya təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxsi bildirib.

Eyni zamanda, Britaniyanın İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alisiya Kirns qeyd edib ki, teraktın Ukrayna ilə hər hansı əlaqəsinə dair heç bir əlamət və ya ukraynalıların teraktda iştirakını təsdiqləyən etibarlı sübut yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru