Türkiyə Amerika modelinə yaxınlaşır

3-04-2024, 09:44           
Türkiyə Amerika modelinə yaxınlaşır
Türkiyədə partiyaların sayı çox olsa da, son 20 ildə keçirilən müxtəlif seçkilərdə rəqabət iki partiya – Ədalət və İnkişaf Partiyası ilə Cumhuriyyət Xalq Partiyası arasında gedir.
Digər partiyaların qazandığı səslər bu iki partiyanın xeyli gerisində qalır. Misal üçün Cumhuriyyət Xalq Partiyasının Ankarada qələbə qazanan bələdiyyə başçısı Mənsur Yavaşın səsləri buna qədər iddialı olan İyi Partiyasının Türkiyədə qazandığı səslərin tamamından çoxdur.
Beləliklə, Türkiyə Amerika modelinə yaxınlaşır, iki partiyalı sistemə doğru gedir. Türkiyədə partiyalar arasındakı ittifaqlar uzunömürlü olmur, mənfəət üzərində qurulub və bu ölkə üçün faydalı deyil.
Kiçik partiyaların iki seçimi var, ya əvvəlkitək uğur gətirməyən “az olsun, mənim olsun” prinsipindən çıxış edəcəklər, ya da rəqabət aparan iki əsas partiyadan birinə qoşulacaqlar.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru