Avropa İttifaqı müharibə planlaşdırır? - Borreldən AÇIQLAMA

3-04-2024, 08:06           
Avropa İttifaqı müharibə planlaşdırır? - Borreldən AÇIQLAMA
Avropa diplomatiyasının rəhbəri Josep Borrel “La Sexta” telekanalına müsahibəsində Avropa İttifaqının döyüşmək fikrində olmadığını bildirib.

O qeyd edib ki, Şərqi Avropada müharibə gedir. Diplomatın sözlərinə görə, bu, heç də sona çatmaq üzrə deyil.

O, avropalıları Aİ ölkələri arasında yaradılmış sülhün dəyərini başa düşməyə çağırıb.

“Biz müharibə vəziyyətində deyilik və bunu planlaşdırmırıq. Əgər Avropa İttifaqı müharibə vəziyyətində olsaydı, bu, üçüncü dünya müharibəsi olardı”, - Borrel bildirib.

O, həmçinin Aİ-nin müdafiə qabiliyyətini artırmaq barədə düşünməli olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru