Dekotini: "Ermənistanın təhlükəsizliyini dəstəkləməyən varsa, o da Rusiyadır"

4-04-2024, 12:27           
Dekotini: "Ermənistanın təhlükəsizliyini dəstəkləməyən varsa, o da Rusiyadır"
“Son illərdə gördüyüm odur ki, Ermənistanın köməyə ehtiyacı olanda Rusiya orada deyildi. Bu gün Ermənistana Qərb köməyə gəlir”.

KONKRET.az xəbər verir ki, bunu İctimai Televiziyaya müsahibəsində Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Qərb və Fransanın Cənubi Qafqaza qeyri-sabitlik gətirməsi ilə bağlı bəyanatına toxunan səfir bildirib. “Ermənistanın ərazisi bir ölkə tərəfindən hücuma məruz qalanda İrəvanın rəsmi müttəfiqi olan, KTMT üzvü kimi Rusiya Ermənistanın köməyinə gəlmədi.

Heç kimə sirr deyil ki, 2023-cü ildə Azərbaycan Qarabağda hərbi əməliyyata başlayanda 2020-ci ildən atəşkəsin təminatçısı olan və Qarabağda sülhməramlı qoşunları olan Rusiya müdaxilə etməyib. Rusiya sülhməramlıları öz kazarmalarından yalnız Dağlıq Qarabağın de-fakto hakimiyyətinin qüvvələrinin tərksilahı zamanı Bakı ilə atəşkəs imzaladıqdan sonra çıxıblar. Deməli, Ermənistanın təhlükəsizliyini dəstəkləməyən bir ölkə varsa, o da Rusiyadır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.