İran hədələdi, İsrail hərəkətə keçdi: bu addımı atacaqlar

4-04-2024, 15:39           
İran hədələdi, İsrail hərəkətə keçdi: bu addımı atacaqlar
İranın Dəməşqdəki konsulluğun binasının bombalanmasına cavab verməklə hədələməsindən sonra yerli hakimiyyət orqanlarının sığınacaqlar açmağı nəzərdən keçirir.

Publika.az xəbər verir ki, İsrail mərkəzli "Valla" saytındakı xəbərdə gərginlikdən sonra Guş Danda (Böyük Tel-Əviv bölgəsi) bir çox yerli hakimiyyətin sığınacaq açmağı düşündüyü bildirilib.

Kanal 12 televiziyasının məlumatına görə, İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş direktoru Amos Yadlin "İran birbaşa İsrailə raket atsa, təəccüblənmərəm" deyib.

“Maariv” qəzeti İranın tezliklə qisas alması ehtimalı səbəbindən İsrail Hərbi Hava Qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıb.

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.