General ABŞ-ın planını açıqladı: Çini cilovlamaq üçün bunu edəcək

4-04-2024, 12:10           
General ABŞ-ın planını açıqladı: Çini cilovlamaq üçün bunu edəcək
ABŞ Müdafiə Nazirliyi yaxın vaxtlarda Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Sakit okeandakı quru qoşunlarının komandanı, general Çarlz Flinn çıxış edib. “Asahi” ilə söhbətində o, bu tədbirlərin Çinin raket imkanlarını cilovlamaq üçün zəruri olduğunu deyib.

"Biz regiondakı müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etməyi planlaşdırırıq və tezliklə raketləri yerləşdirməyə qərar verdik", - general vurğulayıb. Ancaq bunun hansı silah növü olduğunu, nə vaxt quraşdırılacağını və hansı yerlərdə olacağını Flinn açıqlamayıb.

Media nümayəndələri onun “Tomahawk” qanadlı raketlərini və SM-6 zenit raketlərini buraxa bilən “Typhon” buraxılış qurğularını nəzərdə tuta biləcəyini irəli sürdülər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru