Ukrayna müttəfiqləri "uzun müzakirələr" əvəzinə, yardımla bağlı hərəkətə keçməyə çağırır

12-04-2024, 12:04           
Ukrayna müttəfiqləri "uzun müzakirələr" əvəzinə, yardımla bağlı hərəkətə keçməyə çağırır
Ukrayna ordusunun məlumatına görə, Rusiyanın gecə boyu 42 raket və 40 dronla həyata keçirdiyi hava hücumlarından sonra, Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı ölkəsini hərbi yardımla, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün hərəkətə keçməyə çağırıb.

“Əgər Rusiya raketləri və ‘Şahed’ dronları təkcə Ukraynaya deyil, həm də müttəfiqlərimizin qətiyyətinə zərbə vurmağa davam etsə, bu, terror üçün qlobal lisenziyaya bərabər olacaq,” Zelenski sosial mediada deyib. “Bizə, təkcə göz yumub, uzun müzakirələr aparmaq deyil, hava hücumundan müdafiə sistemləri və başqa müdafiə yardımı lazımdır.”

Zelenski deyib ki, ən son hücumlarda Xarkiv, Kyiv, Zaporijjye, Lviv və Odesa regionları hədəf alınıb.

“Rus terrorçular yenə kritik infrastrukturu hədəf alıblar,” Zelenski deyib.

Ukrayna hava qüvvələri bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemi 40 drondan 39-nu vurub, 42 raketdən 18-ni məhv edib.

Ukrayna elektrik şəbəkəsinin operatoru Ukrenergo bildirib ki, Rusiyanın zərbələri beş fərqli bölgədəki obyektlərə ziyan vurub.

Xarkiv bölgəsinin qubernatoru Oleh Sınehubov deyib ki, Xarkiv şəhərinə 10 raket zərbəsi endirilib və Rusiyann hücumları enerji infrastrukturunu hədəf alaraq, 200 mindən çox insanın elektriksiz qalması ilə nəticələnib.

Lviv bögləsinin qubernatoru Laksim Kozitski hücum nəticəsində qaz obyekti və elektrik yarımstansiyasında yanğınların çıxdığını bildirib.

Odesanın qubernatoru Oleh Kiper də vurulan dronların qalıqlarının enerji obyektində yanğına səbəb olduğunu bildirib.

Rusiya müdafiə nazirliyi cümə axşamı Ukraynanın müxtəlif bölgələri hədəf alan 12 dronla hücumunun qarşısını aldığını bildirib.

Rusiya nazirliyi Kursk üzərində üç, Tambov üzərində üç, Belqorod üzərində iki, Mordovia üzərində iki, Bryanks və Lipetskin hər birinin üzərində də bir dronu məhv etdiyini bildirib.

Ukrayna müntəzəm olaraq Belqorod və Bryansk kimi Ukrayna-Rusiya sərhədinə yaxın əraziləri hədəf alır
amerikaninsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.