Budanov etiraf etdi: Ukraynanı çətin dövr gözləyir

23-04-2024, 09:04           
Budanov etiraf etdi: Ukraynanı çətin dövr gözləyir
“Ukrayna yaxın gələcəkdə kifayət qədər çətin vəziyyətlə üzləşəcək”.

TEREF xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, gözlənilən çətinlik fəlakətli deyil və bunu başa düşmək lazımdır.

“May ayının ortalarından problemlər olacaq. Söhbət cəbhədən gedir. Ruslar inteqrasiya olunmuş yanaşmadan istifadə edəcəklər. Onlar mürəkkəb əməliyyat aparırlar. Bu barədə uzun müddət danışmayacağıq, amma çətin dövr olacaq”.

Budanov bildirib ki, Ukrayna Silahlı Qüvvələri 1991-ci il sərhədlərinə qovuşduqdan sonra müharibə başa çatacaq. Lakin sonra Rusiya ilə Ukrayna arasındavaxtaşırı münaqişə yaşanacaq.

“Bu müharibə bitəcək. Amma Rusiya bununla da dayanmayacaq. Çünki onlar bizi məhv etmək istəyirlər. Ona görə də bu münaqişə səngisə də, yenidən alovlanacaq. Tariximizə baxın. Biz tarixin müəyyən dövrlərində mövcud olan Rusiya dövlətləri ilə ya sülh bağlamışıq, ya da döyüşmüşük. Ona görə də, gələcəkdə tarixin gedişatını dəyişdirə bilməyəcəyik”, – Budanov vurğulayıb. Globalinfo.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.