NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur

24-04-2024, 09:44           
NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
Şimali Atlantika Alyansının Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.

“NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur”, – o, deyib.

Alyansın baş katibi əlavə edib ki, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq. O, müttəfiq ölkələrini Baş naziri Sunakın Londonun 2030-cu ilə qədər müdafiəyə 2,5 % xərcləyəcəyini vəd edən Böyük Britaniyadan nümunə götürməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru