Fələstinliləri dəstəkləyən etirazçılar Kolumbiya Universitetində binanı ələ keçirib

1-05-2024, 09:44           
Fələstinliləri dəstəkləyən etirazçılar Kolumbiya Universitetində binanı ələ keçirib
Onlarla etirazçı çərşənbə axşamı Nyu Yorkda yerləşən Kolumbia Universitetində bir binanı ələ keçirərək, girişləri blok edib, pəncərədən Fələstin bayrağı asıb. Bu, ölkə boyu universitet kampuslarına yayılan İsrail-HƏMAS müharibəsi əleyhinə nümayişlərdəki ən son eskalasiyadır.

Video görüntülərində etirazçıların çərşənbə axşamı günü Kolumbia Universitetinin Manhetten kampusundakı Hamilton Hall binasının önündə əl-ələ tutduqları, binaya mebel və metal barrikada daşıdıqları görsənir. Həmin bina daha öncə 1968-ci ildə vətəndaş hüquqlarına dəstək və Vyetnam müharibəsinə qarşi etirazlar əsnasında da ələ keçirilib. Bir Instagram səhifəsində yerləşdirilən postlarda təşkilatçılar gecə yarısından sonra insanları düşərgəni qorumağa və “Hamilton Hall”-da onlara qoşulmağa çağırıb.

“Avotonom qrup əvvəllər “Hamilton Hall” kimi tanınan, altı yaşında soyqırımçı İsrail dövlətinin əli ilə öldürülən şəhid Hind Rəcəbin şəfərinə Hind's Hall adı verilən binanı ələ keçirib,” CU Apartheid Divest səhifəsi çərşənbə axşamı X-də yazıb.

Tələbə radio stansiyası olan WKCR-FM binanın ələ keçirilməsini anbəan işıqlandırıb. Hadisə etirazçılara 120 çadırdan ibarət düşərgəni tərk etmələri, əks təqdirdə universitetdən uzqlaşdırılmaları üçün bazar ertəsi gündüz saat 2-yə təyin olunan son möhlət saatından təxminən 12 saat sonra baş verib. Universitet nümayəndələri çərşənbə axşamı şərh istəyinə cavab verməyib, ancaq İctiami Təhlükəsizlik İdarəsi açıqlamasında bildirib ki, çərşəmbə axşamı universitet icması üzvləri Morninqsayd kampusuna getməməyə çağırılıb, amma əlavə edib ki, əsas işçilər işə getməlidirlər.

Etirazçılar X-də yazıb ki, universitet CUAD-ın üç tələbinə əməl edənədək, onlar binada qalmağı planlaşdırırlar. Bu tələblərə investisiya vəsaitlərinin geri götürülməsi, maliyyə şəffaflığı və amnistiya daxildir.

ABŞ boyu universitetlər məzuniyyət mərasimləri yaxınlaşdığı bir vaxtda, düşərgələri təmizləməyə çalışırlar. Bəziləri danışıqları davam etdirir, digərləri isə güc və ültimatumdan istifadə edir ki, bu da polislə toqquşmlara gətirib çıxarıb. Bazar ertəsi Texas, Yutah və Virciniyada univeristetlərdə etirazlar zamanı onlarla insan saxlanılıb. Kolumbiya isə Hamilton Hall binası ələ keçirilmədən bir neçə saat öncə bildirib ki, onlar tələbələri uzaqlaşdırmağa başlayıb.

Nümayişçilər İsrail-HƏMAS müharibəsi və nəticədə artan tələfat sayı səbəbilə etiraz keçirir, ölkə boyu kampuslarda həbslərin sayı 1000-ə çatıb. Etirazçılar universitetləri İsraillə maliyyə əlaqələrini, habelə azad sözə dəstəyi nəzərdən keçirməyə vadar edir. Bəzi yəhudi tələbər deyir ki, etirazlar anti-semitizm halı aıb və onlar kampusa getməkdən qorxur.

Bir vəkilin dediyinə görə, bazar ertəsi Austində yerləşən Texas Universitetində ən azı 40 nümayişçi həbs olunub. Qarşıdurma ştat paytaxtında 53 min tələbənin oxuduğu kampusda eskalasiyaya gətirib çıxarıb. Ötən hətə orada 50-dən çox etirazçı saxlanılıb.

Ötən bazar ertəsi Yutah Universitetində iğtişaş geyimində onlarla polis univiersitet prezidentinin ofisinin önündə qurulan düşərgəyə daxil olmağa çalışıb. Polislər tələbələri əlləri və ayaqlarından sürüyüb, çadırları tutan dirəkləri sındırb, dağılışmağı rədd edənləri iplə bağlayıb. On yeddi nəfər saxlanılıb. Universitet bildirir ki, gecə universitet kampusunda çadır qurmaq qanuna ziddir və tələbələrə polis çağırılmadan dağılışmaları üçün bir neçə dəfə xəbərdarlıq edilib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.