Siyasətçi: Serbiya Çini etibarlı müttəfiq hesab edir

2-05-2024, 10:04           
Siyasətçi: Serbiya Çini etibarlı müttəfiq hesab edir
Çin Serbiyanın etibarlı müttəfiqi və strateji tərəfdaşıdır, iki ölkə arasında münasibətlər Qərb ölkələrinin narazılığına baxmayaraq inkişaf etməyə davam edəcək.

Bunu Serbiyanın baş naziri postuna namizəd, hakim Serb Tərəqqi Partiyasının sədri Miloş Vuçeviç deyib.

"Mən xüsusilə Serbiya Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayacağam, onun bu il kulminasiya nöqtəsi azad ticarət sazişinin ratifikasiyası və qüvvəyə minməsi olacaq. Bizim sahibkarlarımız üçün böyük Çin bazarı açılacaq. Qərbdə bir çoxlarının narazılığına baxmayaraq, Çin bizim ərazi bütövlüyümüzün müdafiəsində dost ölkə, daimi tərəfdaş və etibarlı müttəfiqdir", - deyə Vuçeviç bildirib.

Siyasətçi əmin olduğunu bildirib ki, Çin sədri Si Cinpinin Belqrada gözlənilən səfəri Serbiya və Çin arasında möhkəm dostluğun inkişafında yeni mərhələ başladacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.