ABŞ və Aİ Şimali Koreya-İran hərbi əməkdaşlığını diqqətlə izləyir

2-05-2024, 10:18           
ABŞ və Aİ Şimali Koreya-İran hərbi əməkdaşlığını diqqətlə izləyir
Birləşmiş Ştatlar və Avropa İttifaqı İranın Şimali Koreya nümayəndə heyətinin ölkəyə səfərini təsdiqlədiyi vaxt ölkələri arasında hər bir mümkün hərbi əməkdaşlıqla bağlı gözlərini Pxenyan və Tehrana dikdiklərini bildirir.

Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinin Koreya xidmətinə elektron poçt vasitəsi ilə bildirib ki, ABŞ bu kimi fəaliyyətlərin həlli üçün bütün mövcud vasitələrdən, o cümlədən qadağan və sanksiyalardan istifadə edəcək.

Aİ sözçüsü Amerikanın Səsinin Koreya xidmətinə deyib ki, o, “İran-KXDR münasibətlərini və onların BMT-nin mövcud sanksiyalarını pozsa, müəyyən məsələlərə aid ola biləcək potensial əməkdaşlığını yaxından izləyir”.

Pxenyan dövlətə məxsus KCNA vasitəsilə aprelin 23-də xarici iqtisadi əlaqələr naziri Yun Conq Honun başçılıq etdiyi nümayəndə heyətini İrana göndərdiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bazar ertəsi bildirib ki, Şimali Koreya nümayəndə heyəti ikitərəfli ticarəti əlaqələri müzakirə etmək üçün keçən həftə Tehrana səfər edib. Lakin Kənani onların raket proqramları ilə bağlı hər hansı şübhəli əməkdaşlığnı rədd edərək, bunun "həqiqi olmayan" xəbərlərə əsaslanan "qərəzli fərziyyə" olduğunu deyib.

ABŞ Pxenyan, Tehran və Pekini Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməkdə ittiham edib. Tehran İsraillə münaqişəyə cəlb olunub.

İran aprelin 13-də İsrailə 300-dən çox raket və pilotsuz təyyarə ilə hücum edib və hücumun İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına endirdiyi zərbəyə cavab olduğunu bildirib.

İsrail aprelin 18-də İrana cavab zərbəsi endirib.

Pxenyanın Tehrana silah satışı 1980-ci illərdə İranın İraqla müharibəsi zamanı başlayıb. Onların raket proqramları üzrə əməkdaşlığı o vaxtdan davam edir və genişlənir.

2016-cı ilin yanvarında ABŞ-ın Maliyyə Nazirliyi iranlılara Pxenyana getdiklərinə və Şimali Koreyanın 80 tonluq raket gücləndiricisinin hazırlanmasında əməkdaşlıq etdiklərinə görə sanksiya tştbiq etmişdi. Bir neçə ay sonra Şimali Koreya bildirmişdi ki, 80 ton təkan gücünə malik yeni raket mühərrikini sınaqdan keçirib və bundan yeni kosmik raketdə istifadə olunacaq.

Şimali Koreya Fələstinin HƏMAS silahlı qruplaşmasının oktyabrın 7-də İsrailə hücumundan sonra İsraili İrana qarşı "terrorçuluq" törətməkdə ittiham edir.

Dekabr ayında İsrail Müdafiə Qüvvələri Qəzzada Şimali Koreyanın silahlarından istifadə ediliyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.