Avropa İttifaqı Belarusa da ağır sanksiyalar tətbiq edəcək – Hansı malların idxalı məhdudlaşdırılacaq?

27-05-2024, 17:19           
Avropa İttifaqı Belarusa da ağır sanksiyalar tətbiq edəcək –
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları gücləndirir. Ukraynadakı savaşa və Moskvanın lüks avtomobillər idxalına cavab olaraq, Rusiyaya ixracı yasaqlanan bütün malların Belarusa aparılmasına imkan verən boşluqların da bağlanmasına hazırlıq gedir.

Aİ bundan əvvəl Ukraynaya qarşı tammiqyaslı müdaxiləni dəstəklədiyi üçün Belarus lideri Aleksandr Lukaşenko rejiminə qarşı dəfələrlə sanksiya tətbiq edib. Ancaq Belarusa qoyulan məhdudiyyətlər Rusiyaya qarşı tədbirlərdən zəif olub. Bu da Kremlə imkan verib ki, müharibədə yararlana biləcəyi Qərb mallarını ala bilməkdən ötrü müttəfiqindən istifadə etsin.

“Teh Financinal Times” qəzeti Aİ üzvü ölkələrin yeni məhdudiyyətlərlə bağlı qanun layihəsini müzakirə etdiyini yazır. Yeni qadağalar yayınma riskini minimallaşdırmaq məqsədi güdəcək. Yeni sanksiyalar texnologiya və hərbi məqsədlərlə istifadə edilən bilən malların, habelə mayeləşdirilmiş təbii qazın Belarusa və Belarus vasitəsilə ixracını yasaqlayacaq. Aİ Belarusdan brilyant idxalını da dayandıracaq. Bu, yaxın zamanlarda Rusiya mənşəli daşlara qoyulan qadağa ilə bağlıdır.

Aİ-nın 27 üzvü qəbul edərsə, yeni sanksiyalar əsas məsələlərdən birinin - lüks maşın idxalının da önünü kəsəcək. İndiki sistemdə Avropa avtomobil istehsalçıları Rusiyaya olmasa da, Belarusa lüks maşınlar sata bilirlər.

"Lukaşenkonun çevrəsində Rusiyayla bağları olan adamlar bu işdən çox böyük gəlir götürür, varlanırdılar… Biz lüks maşınların Rusiyaya Belarusdan keçdiyini də bilirik", - Vilnüsdakı "Freedom House" təşkilatının layihə rəhbəri Vitis Yurkonisin sözləridir.

Aİ ölkələrindən Belarusa aylıq maşın və maşın hissələri idxalının dəyəri 2022-ci ilin yanvarındakı 50 milyon dollardan 2024-cü ilin yanvarında 268 milyon dollara çatıb. Bu idxal, əsasən, Almaniyavə Polşadangerçəkləşdirilir.

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin fikrincə, Belarusa qarşı tətbiq olunan daha yüngül sanksiyalardan Rusiyanın sui-istifadəsinin qarşısını almağın ən yaxşı yolu iki sanksiya rejimini eyniləşdirməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.