Bunun üçün Qəzzada əməliyyatları 42 günlük dayandırmağa hazırıq

3-06-2024, 18:34           
Bunun üçün Qəzzada əməliyyatları 42 günlük dayandırmağa hazırıq
HƏMAS vaxtı uzadarsa, müharibəni bərpa edə bilərik.

TEREF report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə parlamentinin (knesset) Xarici işlər və müdafiə üzrə komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, hərbi kabinet HƏMAS-la sövdələşmə qarşılığın müharibənin başa çatmasına razılıq verməyib.

Baş nazir ABŞ Prezidenti Cozef Baydenin HƏMAS-a etdiyi təkliflərdən bəhs edərək, onun detalları açıqlamadığını bildirib: "Cozef Bayden mənzərənin bir qismini təqdim edib. Girovların qaytarılması üçün müharibəni dayandırmaq olar.Ancaq bundan sonra biz yenidən hər nəyi ölçüb-biçəcəyik".

"Razılaşmanın birinci mərhələsi başa çatdıqdan sonra nə baş verəcək" sualını cavablandıran B.Netanyahu deyib ki, HƏMAS "vaxtı uzatsa" İsrail hərbi əməliyyatları bərpa etmək hüququnu özündə saxlayır.

B.Netanyahu vurğulayıb ki, İsrail girovları azad etmək üçün Qəzzada hərbi əməliyyatları 42 gün müddətinə dayandırmağa hazırdır: "Lakin İsrail hərbi əməliyyatı davam etdirməkdən imtina etməyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru