“Artıq bu parlamenti oyuncaq vəziyyətdən çıxarıb işlək hala salmaq gərəkdir...” - ÇAĞIRIŞ

5-06-2024, 00:07           
“Artıq bu parlamenti oyuncaq vəziyyətdən çıxarıb işlək hala salmaq gərəkdir...” - ÇAĞIRIŞ
“Fikrimcə, artıq bu parlamenti oyuncaq vəziyyətdən çıxarıb işlək hala salmaq gərəkdir. Və hesab edirəm ki, vaxtından əvvəl parlament seçkilərinin olması üçün də yenidən parlament özünü buraxmalıdır. Bir də deputatlar elan etməlidirlər ki, biz yararsızıq və növbədənkənar seçkilər keçirməyə ehtiyac var”.

İstiqlalçı deputat, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov bu fikirləri Moderator.az-a açıqlamasında payızda gözlənilən və “COP-29” beynəlxalq tədbirinə görə vaxtından öncə keçirilməsi ehtimal edilən Milli Məclisə seçkilərdən danışarkən dilə gətirib.

“Ümumiyyətlə, Azərbaycandakı seçkili orqanların ciddiyyətini artırmağa ehtiyac var. Onların konkret səlahiyyətlərini müəyyənləşdirib həmin səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmələrinə də şərait yaradılmalıdır. O cümlədən bələdiyyələr də ölkədə formal olaraq mövcuddur və heç bir məsələ həll etmirlər və heç bir şeyə də təsir göstərə bilmirlər, ən əsası yerli idarəçilikdə də iştirak edə bilmirlər. Bu məsələ ilə də ciddi məşğul olmaq lazımdır...”, - deyə davamında istiqlalçı deputat vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru