Minə yaxın yəhudi Litvadan təzminat tələb edir

8-07-2024, 15:24           
Minə yaxın yəhudi Litvadan təzminat tələb edir
Minə yaxın yəhudi İkinci Dünya Müharibəsi zamanı onlardan alınmış və geri qaytarılması mümkün olmayan daşınmaz əmlaka görə təzminat tələb edərək Litvaya üz tutub.

Məlumata görə, Litva hökuməti tərəfindən yaradılmış Xoşməramlı Fonda dövlətin və nasist işğalçı hakimiyyət orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə kompensasiya tələbi ilə 951 müraciət daxil olub.

Qeyd edilib ki, müraciətlərin müəyyən edilmiş formaya uyğunluğu xüsusi komitə tərəfindən nəzərdən keçirilməli, bundan sonra fondun idarə heyəti qərar qəbul etməlidir. Hüquqi rəsmiləşdirmələr noyabrın 1-dək tamamlanmalıdır.

Fondun direktoru vəzifəsini icra edən İndre Rutkauskaytenin qeyd etdiyi kimi, kompensasiya məqsədi ilə dövlət tərəfindən ən azı beş, maksimum 10 milyon avro vəsaitin ayrılması nəzərdə tutulub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru