Niyə məhz İran?

11-07-2024, 17:54           
Niyə məhz İran?
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qəribə açıqlama verib.
O deyib ki, Rusiya Ukrayna ilə bağlı İranın vasitəçiliyini nəzərdən keçirməyə hazırdır.
Niyə məhz İran? Türkiyə, Macarıstan, hətta Çin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün vasitəçilik təşəbbüsləri ilə çıxış etdilər, alınmadı.
Bu dövlətlərin bacarmadığını İran bacaracaq? Bu təklifdə hiylə var. Məsud Pezeşkian İran Prezidenti seçilib.
Ondan böyük gözləntilər var. Görünür, Rusiyanın siyasi və diplomatik dairələrində Məsud Pezeşkianın ölkəsinin xarici siyasətini korrektəyə çalışa biləcəyindən ehtiyat edirlər.
Ona görə də ona reallaşması mümkün olmayan tapşırıq verirlər: Gəl, vasitəçi ol! Məsud Pezeşkian fəaliyyətinə niyə uğursuzluqla başlamalıdır?
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru