“Bu pullar biz kasıbların haqqıdır” - Biləsuvar sakinindən Sahil Babayevə MÜRACİƏT

12-07-2024, 23:22           
“Bu pullar biz kasıbların haqqıdır” -
Biləsuvar rayon sakini Quliyeva Mehriban İsrafil qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edən M.Quliyevin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Quliyeva Mehriban İsrafil qızı, yazaraq bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin lazımsız qərarlarından usanmışam.

Həyat yoldaşım Quliyev Emil Abbasqulu oğlu 8 ildir rəhmətə gedib, 2 övladım var. Yoldaşımla Saatlı rayonu, Qıraqlı kəndində yasayırdıq.

Özüm işləmirəm. Valideynlərim də rəhmətə gedib, hal-hazırda qardaşımla birgə yaşayıram.

Əvvəl Saatlı rayonunda ünvanlı sosial yardım alırdım. İndi isə kəsiblər. Səbəbi olaraq isə deyirlər ki, kirayədə yaşamalısınız, işıq, qaz sənin adına olmalıdır. Mənim isə kirayə qalmağa imkanım yoxdur, özüm də xəstəyəm. Belə qanunsuzluq olar?

Mən həqiqətən də yardıma ehtiyacı olan ailəyəm. Pulu çox olan, evi-eşiyi, şəraiti yaxşı olan ailələrə yardım verilir, mənim kimi ailə başçısı olmayana isə şərt qoyurlar. Mən, nazir Sahil Babayevdən xahiş edirəm ki, kasıb ailələrə dəstək olsun. Çünki yardım üçün dövlət büdcəsindən ayrılan pullar biz kasıbların haqqıdır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru