Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu

13-07-2024, 19:04           
Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu
Ağ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı, Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı parlament seçkilərinə qatılacaqlar.

TEREF Unikal.az-a istinadən xəbər verir ki, Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsində namizədliklərini irəli sürüblər.

Tural Abbaslının qayınatası, Nərmin Abbaslının atası İkram İsrafil də deputat olmaq istəyir. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru