Tramp Rusiya, Çin və KXDR ilə iş aparmağa qadir olduğunu sübut edib - Mask

25-07-2024, 10:49           
Tramp Rusiya, Çin və KXDR ilə iş aparmağa qadir olduğunu sübut edib - Mask
Maskın fikrincə, Tramp cəsarətini sübut edib. Amma ABŞ-ın hazırkı rəhbəri Co Baydenin obrazı ilə heç kimi qorxutmaq mümkün deyil.
ABŞ-ın sabiq Prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra davranışı ilə Rusiya, Şimali Koreya və Çin ilə iş aparmağa qadir olduğunu sübut edib.
Bunu SpaceX-in qurucusu İlon Mask bildirib. Onun fikrincə, Tramp cəsarətini sübut edib. Amma ABŞ-ın hazırkı rəhbəri Co Baydenin obrazı ilə heç kimi qorxutmaq mümkün deyil.
"Trampı qəzəbləndirməzdən əvvəl iki dəfə düşünmək lazım gələcək. Yazıq, çox yazıq Bayden isə pillələri belə qalxa bilmir" - sahibkar "Daily Wire" portalına müsahibəsində bildirib.
Mask qeyd edib ki, Tramp prezidentlik dövründə dünyada yeni münaqişələrin başlamaması üçün yaxşı çalışıb.
Xatırladaq ki, bazar günü, iyulun 21-də Amerika lideri Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin dövlət başçısı vəzifəsinə namizədliyini dəstəkləyib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru