Tramp Harrisi ideya oğrusu adlandırdı

11-08-2024, 12:44           
Tramp Harrisi ideya oğrusu adlandırdı
2024-cü il seçki yarışında yenidən namizədliyini irəli sürən ABŞ-nin keçmiş prezidenti Donald Tramp rəqibi Kamala Harrisi ideya oğurluğunda ittiham edib.

Tramp bunu Harrisin seçkilərdə qələbəsi zamanı bəxşiş vergisini ləğv edəcəyini vəd etməsindən sonra deyib.

"Kamala Harris sadəcə olaraq mənim təklifimi köçürüb. Fərq ondadır ki, o bunu etməyəcək, sadəcə siyasi səbəblərə görə deyir. Bu, mənim ideyam idi, onun isə heç bir fikri yoxdur, o, yalnız məndən oğurlaya bilər", - Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Harrisdən əvvəl məhz Tramp bəxşiş vergisinin ləğvi təklifi ilə çıxış edib.
kp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru