İran Haniyənin qisasını buna görə almadı – Analitik

9-09-2024, 12:18           
İran Haniyənin qisasını buna görə almadı – Analitik
İran HƏMAS lideri Haniyənin qisasını ona görə almadı ki, münaqişə alovlana bilərdi. Tehran cavab zərbəsi olacağını bildiyi üçün gərginlik yaratmadı. Bu, İran üçün xoşagəlməz rəy yaratsa da, eskalasiya təhlükəsindən daha yaxşıdır. Tribunainfo.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova belə deyib.

O, Tehranın gecikən cavabının niyə olmamasına aydınlıq gətirib: “İran bilir ki, İsrailə zərbə mümkün deyil. Dəməşqdəki konsulluğun intiqamını da almaq istəyəndə uğursuz əməliyyat oldu. Onun yerinə Hizbullah İsrailə zərbələr vurur. Görünən budur ki, ABŞ və Qərb ölkələri Tehranı sakitləşdirə biliblər. Bunun əvəzində hansısa zəmanətlər də ola bilər. Tehran Qərblə əlaqələri yumşaltmaq istəyir. Ona görə Haniyə məsələsi gündəmdən çıxarılır. İsrailə hücum asan deyildi. Bu, Yaxın Şərqi böyük müharibəyə sürükləyəcəkdi. Tehran isə istəmir ki, yeni bir cəbhə açılsın. Amerikalılar da diplomatik kanallarla İranı yola gətirdilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.