Bu sənədlər tarix üçün lazımdır, bir gün mütləq lazım olacaq...

10-09-2024, 08:53           
Bu sənədlər tarix üçün lazımdır, bir gün mütləq lazım olacaq...
DSK, 33 saylı Xətai seçki darisəsindəki biabırçılıqlarla bağlı onlara verdiyim şikayəti təmin etmədi.
Yazdıqları cavabda deyirlər ki, mənim müşahidəçilərimin flan-flan-flan-flan (19 məntəqə üzrə aktlar var) pozuntuları, həmin məntəqələrdə olan digər müşahidəçilər (YAP-dan və formal olanlar) görməyib.
Bunlar nə hüquq bilir, nə məntiq - siz GÖRÜB QEYD EDİLƏN pozuntunu araşdırmalısınız da, HEÇ KİMİN GÖRMƏDİYİNİ yox, bəlkə digər müşahidəçi həmin an tualetə gedib, bəlkə vicdanı oyanıb öz-özünə, "axı mən niyə 20-30 manata görə qanunsuzluqda iştirak edim ki?!", deyib xəyala dalıb?!
Bu gün DSK-nın qərarında MSK-ya şikayət etdim, heç bir pozitiv gözləntim yoxdur, sadəcə niyə rahat otursunlar ki?!
Həm də görək cavabda onlar nə yazacaqlar, bu sənədlər tarix üçün lazımdır, bir gün mütləq lazım olacaq...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru