Aİ Rusiya qazı olmadan davam etməkdə qərarlıdır

12-09-2024, 12:53           
Aİ Rusiya qazı olmadan davam etməkdə qərarlıdır
Avropa İttifaqı Komissiyasının enerjidən məsul üzvü Kadri Simson Brüsseldə Avropanın enerji transformasiyasında atdığı addımların qiymətləndirildiyi “Aİ Enerji Birliyi 2024” hesabatı ilə bağlı mətbuat konfransı keçirib.

Aİ-nin son iki ildə bərpa olunan enerjinin quraşdırılmasında sürətlə irəlilədiyini xatırladan Simson, 2024-cü ilin ilk yarısında külək və günəş enerjisinin ilk dəfə elektrik istehsalında qalıq yanacaqları geridə qoyaraq yeni bir rekorda imza atdığını deyib.

Simson bərpa olunan enerji mənbələrindən geniş istifadəni təmin etmək üçün bazar inteqrasiyasının, şəbəkə və infrastruktur investisiyalarının vacibliyinə diqqət çəkib.

Rus qalıq yanacaqlarından onilliklər boyu davam edən “asılılığa” son qoymağı bacardıqlarını ifadə edən Simson, keçmişdə Aİ-nin Rusiyadan hər il 150 milyard kubmetr qaz idxal etdiyini, lakin hazırda bunun 50 milyard kubmetrin altına düşdüyünü qeyd edib.

“Rusiyadan asılılığımız 2021-ci ildəki 45%-dən keçən il 15%-ə düşüb”, – Simson bildirib.

Aİ qaz çənlərinin hədəflənən 1 noyabr tarixindən həftələr əvvəl yüzdə 90 doluluğa çatdığını xatırladan Simson, Avropanın 2022-2024-cü illər arasında qaz istehlakını yüzdə 18 azaltdığını vurğuladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru