Keçmiş baş nazir Qərbi qurbağa ilə müqayisə etdi

16-09-2024, 07:34           
Keçmiş baş nazir Qərbi qurbağa ilə müqayisə etdi
Qərb ölkələri öz komfort zonalarını tərk etmək istəmirlər və buna görə də Rusiyanın hərəkətlərinə reaksiya verməkdə geri qalırlar.

Qaynarinfo RBC-ya istinadən xəbər verir ki, bunu Yalta Avropa Strategiyası forumunda Finlandiyanın keçmiş baş naziri Sanna Marin deyib.

O, Qərbi isti suda oturan qurbağa ilə müqayisə edib:

"Hazırda su sadəcə istidir və biz bunu bəyənirik. Biz Çinlə ticarət etməyi və dəyərləri bizdən uzaq olan ölkələrlə əlaqələr qurmağı sevirik. Və temperaturun getdikcə artdığını başa düşmək istəmirik".

Sanna Marin 2019-2023-cü illərdə Finlandiyanın baş naziri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.