Miller: "ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir"

17-09-2024, 12:18           
Miller: "ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir"
"ABŞ həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanını səbirsizliklə gözləyir".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

"Biz hər iki ölkənin davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin tamamlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları mümkün olan hər bir şəkildə, o cümlədən faydalı olacağı təqdirdə görüş təşkil etməklə dəstəkləməyə hazırıq", - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru