Dövlət Dumasında rus ordusu əleyhinə sensasion ittiham

22-09-2024, 10:14           
Dövlət Dumasında rus ordusu əleyhinə sensasion ittiham
“Rusiya hakimiyyəti qanunazidd hərəkətlərə görə cəzadan yayınmaq üçün leqal üsullar yaradıb və yaratmaqda davam edir. Rusiya ordusu cinayətkarlardan ibarət hansısa Maxno dədənin bandasına çevrilir.
Gununsesi.info xəbər verir ki, bu barədə fikirləri Rusiya Dövlət Dumasının iclasında Kommunist Partiyasından olan deputat Renat Süleymanov bəyan edib. Məlumatı isə “moscowtimes.ru” nəşri yayıb.
Deputat qeyd edib ki, bizim ordumuzun komplektləşdirilməsi prinsipi vətəndaşlıq borcu, fəxri vəzifədir, amma bunun əvəzinə biz hansısa marginal elementləri toplayıb və bundan silahlı qüvvələr düzəltməyə cəhd edirik. Bəzi insanlar artıq bundan istifadə edir, cinayət törədir, müqavilə imzalayır, cinayət məsuliyyətindən yan keçir”, – deputat qeyd edib. O cümlədən sözügedən iclasda məhkum edilənlərə Ukraynada cəbhəyə yollanması müqabilində cinayət məsuliyyətindən yan keçmək hüququ verən qanun layihəsi də müzakirə edilib. Süleymovun dəlillərinə rəğmən, bu sənəd ilkin oxunuşda əksəriyyət səs çoxluğu ilə qəbul edilib. Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən tərtib edilən qanun layihəsi Rusiya parlamentinin aşağı palatasına avqust ayında təqdim edilib. Mart ayında isə Dövlət Duması cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, habelə Müdafiə Nazirliyi ilə müqavilə bağlayanların məhkumluğunun götürülməsi barədə qanun qəbul edib. Qeyd edək ki, bundan öncə koloniyalardan müharibəyə gedən məhkumlar yarımillik müqavilə bağlayıb, sonradan Vladimir Putin tərəfindən əfv edilib. Məlumatlara görə, Rusiya ordusu Ukraynada böyük itkilərə məruz qalır. Canlı qüvvə çatışmazlığından hərbi rəhbərlik hələ yazda prezidentdən səfərbərlik elan edilməsini xahiş edib, bu barədə “The Wall Street Journal” nəşri yazıb. Lakin Putin bundan imtina edib və bəyan edib ki, müharibədə yalnız könüllü müqavilə bağlayanlardan istifadə etmək istəyir. O zamandan cəbhədə vəziyyət Rusiyanın itkiləri nöqteyi-nəzərindən yalnız pisləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.