Donald Tramp Kamala Harrislə yeni debatlardan imtina etdi...

Bu gün, 07:04           
Donald Tramp Kamala Harrislə yeni debatlardan imtina etdi...
ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harris bəyan edib ki, Donald Trampla CNN-də yeni teleduelə hazırdır. "Çox gecdir", - Tramp cavab verib.

Bu barədə Harrisin seçkiöncəki kampaniyası sentyabrın 21-də məlumat verib. CNN teleduelin oktyabrın 23-də keçirilməsini təklif edib. Məlumatı "dw.com" nəşri yayıb.

ABŞ vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CNN telekanalının Respublikaçılar Partiyasından öz opponenti Donald Trampla yeni debatlara dəvətini qəbul edib.

Donald Tramp bu dəvətdən imtina edib. "Növbəti debatların problemi ondadır ki, həddən artıq gecdir, səsvermə artıq başlayıb", - o, bu barədə Şimali Karolina ştatında mitinqdə bəyan edib və qeyd edib ki, artıq üç ştatda vaxtından əvvəl səsvermə keçirilir.

Ötən həftə Tramp həmçinin öz rəqibi ilə yeni debatlardan imtina edib. "Üçünçü debat olmayacaq!" (ilk debat Baydenlə, ikincisi Harrislə olub-red.), - o, "Truth Sosial" platformasında böyük hərflərlə yazıb.

Bu telekanalın təklif etdiyi debatlar studiyada tamaçıların iştirakı olmadan saatyarım davam etməlidir. Görüş zamanı namizədlər moderatorların suallarını cavablandırmalıdır.

Bu təklif bu yaxınlarda, sentyabrın 11-də "ABC News" telekanalında Tramp və Harris arasında baş tutan debatlar fonunda verilib. Bu debatlardan sonra hər iki namizəd özünün qalib olduğunu bəyan edib.

Lakin bu debatları 67 milyondan çox adam izləyib və teledueldən sonra keçirilən sorğular göstərib ki, Harris bir qədər üstünlüklə qalib gəlib. Ekspertlər də eyni fikirdədir.

İyunun 27-də Trampın prezident Baydenlə teledebatları keçirilib, tamaşaçılar və ekspertlərin dəyərləndirmələrinə görə, bu teledebatlar Bayden üçün uğursuz olub.

Bir neçə həftədən sonra Ağ Ev rəhbəri öz namizədliyi geri götürüb və vitse-prezident Kamala Harrisin namizədliyini təklif edib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.