ABŞ silahlarının təmiri və texniki qulluq üçün Ukraynaya kontaktorlar göndərəcək

10-11-2024, 11:25           
ABŞ silahlarının təmiri və texniki qulluq üçün Ukraynaya kontaktorlar göndərəcək
Müdafiə rəsmisi cümə günü bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın işğalına qarşı istifadə edilən və ABŞ tərəfindən verilən silahların və hava hücumundan müdafiə sistemlərinin texniki qulluğu və təmiri üçün Ukraynaya kiçik sayda kontraktorlar qrupu göndərəcək.

Rəsmi bildirib ki, kontraktorlar “cəbhə xəttindən uzaqda olacaqlar və Rusiya qüvvələri ilə döyüşməyəcəklər”.

Rəsminin bildirdiyinə görə, Ukraynanın F-16 təyyarələri və Patriot hava hücumundan müdafiə sistemləri kimi xüsusi təcrübə tələb edən avadanlıqların təmiri və texniki qulluğu üçün kontraktorlara ehtiyacı var.

“Kontraktorların göndərilməsi ilə bağlı qərar diqqətli risk qiymətləndirilməsindən sonra qəbul edilib”, - deyə rəsmi əlavə edib.

Çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək onu seçkilərdə qələbəsi münasibətilə təbrik edəndə zəngdə İlon Mask da iştirak edib. Milyarder iş adamı Trampın prezidentlik kampaniyasına töhfə verib.

Ukrayna rəsmisi Associated Press-ə bildirib ki, Zelenski Maska Ukraynanın Starlink peyk internet platformasına çıxış əldə etməsinə kömək etdiyinə görə təşəkkür edib. Digər KİV-lər Trampın Zelenskiyə Ukraynanı dəstəkləyəcəyini, Maskın isə Starlink-ə çıxışı təmin etməyə davam edəcəyini dediyini bildirib.

Mask zəngin yalnız bir hissəsində iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.