Rusiya və İran Əsəd rejiminə dəstəyini davam etdirir.
5-12-2024, 12:34
Ancaq Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və Əsədin daimi hərbi dəstək istəkləri Kremli bezdirməyə başlayıb. Rusiya Suriyada həm hərbi texnikasını itirir, həm də hərbçiləri təhlükə altındadırlar. Hər halda Suriya Rusiya üçün Ukrayna qədər əhəmiyyət kəsb etməməlidir. İran üçün Əsədi rejiminin yıxılması böyük itki və qonşu ölkə olaraq böyük təhlükədir. Rusiya üçün isə Əsəd rejiminin yıxılması uzaqbaşı bu ölkədə sovetlərdən qalma hərbi bazasının itirilməsidir. Əlbəttə, Kreml Əsəd rejiminin yıxılmasını istəmir, ancaq bu nə vaxtsa baş verərsə, Moskva alternativlər barədə düşünmək məcburiyyətində qalacaq. Misal üçün Əsədin yerinə hakimiyyətə onun ətrafından biri gəlib müxalifətlə ümumi dil taparsa, bu Rusiya üçün də faydalı olar. Rusiya bu halda həm Suriyadakı bazasını qorumuş olacaq, həm də indiki qədər Suriyaya hərbi potensialını xərcləməmiş olacaq. Elxan Şahinoğlu TEREF